İran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bağladığı Məkkə müdafiə sazişinə qoşulmağa dəvət olunub.
BEY.AZ xəbər verir ki, bu barədə İslam Respublikasının xəbər agentliyinin rəhbəri Mehdi Rahimi bildirib.
“Təklif hazırda İran rəhbərliyi tərəfindən nəzərdən keçirilir”, – deyə Rahimi bəyan edib.
Avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif kollektiv müdafiə haqqında memorandum imzalayıblar. Memorandum üç dövlət arasında müdafiə əməkdaşlığının bütün aspektlərinin inkişafını nəzərdə tutur və digər ölkələr tərəfindən hər hansı aqressiya formasının kollektiv çəkindirilməsinə yönəlib.
Hüseyn İbadlı
