İranla əlaqəli hakerlərin Böyük Britaniyada kiçik enerji obyektinə kiberhücum etdiyi iddia olunur.
BEY.AZ xəbər verir ki, ötən ay baş verdiyi bildirilən hücum nəticəsində obyekt 4 gün fəaliyyətini dayandırıb. Hadisə Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzinə bildirilib.
Hökumət enerji şirkətlərinə xəbərdarlıq göndərib. Rəsmilər hücumun ölkənin ümumi elektrik şəbəkəsi üçün təhlükə yaratmadığını açıqlayıb.
Britaniya eyni zamanda kritik infrastrukturu qorumaq üçün süni intellekt əsaslı milli kiber müdafiə sistemi hazırlayır.
