EvXəbərlərFlik heyətdən çıxarmışdı, “Yunayted”in nümayəndələri agenti ilə görüşdü

Flik heyətdən çıxarmışdı, “Yunayted”in nümayəndələri agenti ilə görüşdü

Published on

spot_img

“Barselona”nın sol cinah müdafiəçisi Alexandro Balde “Mançester Yunayted”in transfer hədəflərindən biri olaraq qalır.
BEY.AZ xəbər verir ki, 22 yaşlı futbolçunun mümkün gedişi ilə bağlı şayiələr artmaqda davam edir. Son günlərdə yayılan şayiələr fonunda “Blaugrana”nın baş məşqçisi Hans-Dieter Flik oyunçunu bazar günü keçirilən La Liqa matçı üçün heyətdən çıxardı və ona “evdə qalmağı və fikrini toplamağı” məsləhət gördü.
İnsayder Fabritsio Romanonun sözlərinə görə, “Mançester Yunayted” nümayəndələri artıq Baldenin agenti Xorxe Mendeslə əlaqə saxlayaraq potensial müqavilənin şərtləri ilə maraqlanıblar. “Transfermarkt” mütəxəssisləri ispaniyalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirirlər.

BEY.AZ

Latest articles

More like this