EvXəbərlər33 yaşlı hakim faciəli şəkildə öldü

33 yaşlı hakim faciəli şəkildə öldü

Published on

spot_img

Braziliyalı hakim Bruno David Rossetti 33 yaşında avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
BEY.AZ xəbər verir ki, bu barədə “Ge Globo” məlumat yayıb.
Hadisənin Santa Katarina ştatının Kriçium şəhərində baş verdiyi bildirilir. O, “Ford Fiesta” markalı avtomobili idarə edərkən şəhər avtobus stansiyasının divarına çırpılıb. Maşın dərhal alovlanıb. Yanğınsöndürənlər və təcili yardım işçiləri hadisə yerinə çatanda Rossettinin yanmış cəsədini aşkar ediblər.
Onlardan əlavə, hərbi polis və məhkəmə-tibb ekspertizasının nümayəndələri də ərazini mühasirəyə almaq, məhkəmə-tibb ekspertizası aparmaq və cəsədi çıxarmaq üçün gəliblər.

Əlavə etmək lazımdır ki, meydandakı işlərindən əlavə, Rosetti Santa Katarina Futbol Federasiyasının (FCF) və Mineyra Regional Atletika Liqasının (Larm) hakim heyətinin üzvü idi.

BEY.AZ

Latest articles

More like this