EvXəbərlər“Mercedes” artıq Formula 1-də ən sürətli avtomobilə sahib deyil

“Mercedes” artıq Formula 1-də ən sürətli avtomobilə sahib deyil

Published on

spot_img

Formula 1 üzrə dünya çempionatında lider olan Kimi Antonelli “Mercedes”in artıq çempionatdakı ən sürətli avtomobilə sahib olmadığını bildirib. İtaliyalı pilot bu fikri Niderland Qran-prisindən sonra səsləndirib.
BEY.AZ xəbər verir ki, Zandvoortda keçirilən yarışda “McLaren” pilotu və son dünya çempionu Lando Norris poul-pozisiyadan başlayaraq ardıcıl ikinci qələbəsini qazanıb. Antonelli yarışı ikinci, onun “Mercedes” komanda yoldaşı Corc Rassell isə üçüncü pillədə başa vurub. “Ferrari” pilotları Lyuis Hemilton və Şarl Lekler müvafiq olaraq dördüncü və beşinci olublar.
Antonelli bildirib ki, “McLaren” xüsusilə Macarıstan Qran-prisindən və komandaya gətirilən böyük yeniləmələr paketindən sonra ciddi irəliləyiş əldə edib: “Artıq start xəttində ən sürətli avtomobil biz deyilik. Hazırkı yarışa əsasən ikinci və ya üçüncü yerdəyik. “McLaren” böyük addım atıb”.
Lakin Norris “Mercedes”in üstünlüyünü tamamilə itirdiyi fikri ilə razılaşmayıb. Britaniyalı pilot yarış zamanı Antonellini ötdüyünü və qalib gəlmək üçün bolidin deyil, sürücülük performansının da mühüm rol oynadığını vurğulayıb.
Bununla belə, Norris “Mercedes”in xüsusilə aşağı sürətli döngələrdə “McLaren”dən daha güclü olduğunu etiraf edib. Onun sözlərinə görə, “McLaren” yüksək sürətli hissələrdə çox güclü olsa da, çempionluq uğrunda mübarizə aparmaq üçün hələ tam ideal bolidə sahib deyil.

“Mercedes” hazırda konstruktorlar çempionatında “McLaren” və “Ferrari”dən öndədir. Niderland Qran-prisi həftəsonunda “Mercedes” 46 xal toplayıb. “McLaren” 43, “Ferrari” isə 31 xal qazanıb.

Komandanın rəhbəri Toto Volf isə büdcə məhdudiyyətlərinin yeni yeniləmələrin hazırlanmasını və bolidə tətbiqini sürətləndirməyə imkan vermədiyini bildirib. “McLaren” rəhbəri Andrea Stella isə “Mercedes”in yaxın yarışlarda yeni yeniləmələr gətirəcəyini gözlədiyini deyib.
Antonellinin qarşısında daha bir ciddi problem də var. “Mercedes” onun bolidində mühərrik dəyişdirməyi planlaşdırır və bu səbəbdən pilot İtaliya Qran-prisində start cəriməsi alacaq. Monza trasının “Mercedes” mühərriki üçün əlverişli olması və ötmələrin nisbətən asan həyata keçirilməsi Antonelliyə itirdiyi mövqeləri bərpa etmək şansı verə bilər.
Antonelli isə cəriməyə baxmayaraq Monzada yaxşı nəticə qazanacağına və çempionat üçün vacib xallar toplayacağına inanır.

Latest articles

Prezident Özbəkistana səfəri ilə bağlı videoçarx paylaşdı

Prezident Özbəkistana səfəri ilə bağlı videoçarx paylaşdı

Bakıda bu yol bağlanır

Bakıda bu yol bağlanır

More like this