EvXəbərlərGöyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Published on

spot_img

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb.
Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Onun yaşadığı ünvandan ümumilikdə 51 ədəd narkotik tərkibli bitki və 2 ədəd odlu silah aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, B.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Latest articles

More like this