Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan 2 aylıq müddətə həbs edilib.
BEY.AZ xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev məhkəmənin həyətində jurnalistlərə açıqlamasında bildirib.
“Onun görüşmək hüququ da məhdudlaşdırılıb. Yalnız həyat yoldaşı və uşaqları ilə görüşməsinə icazə verilir.
Burada biz hüquqi çərçivədən kənar təqiblə, siyasi kontekstə malik təqiblə üz-üzəyik”, – deyə vəkil bildirib.
Hüseyn İbadlı
