Chat GPT Türkiyə-Hollandiya oyunu ilə bağlı proqnoz verdi
Türkiyə-Avstriya matçında Türkiyənin qalib gələcəyini əvvəlcədən düzgün proqnoz edən Chat GPT 1/4 final matçı ilə bağlı ehtimalını irəli sürüb.
BEY.AZ xəbər verir ki, GPT-dən Türkiyə-Hollandiya matçının nəticəsi soruşulub. Süni intellekt Hollandiya matçının həyəcanlı olacağını və Türkiyənin 2-1 hesablı qələbəsi ilə nəticələnə biləcəyini bildirib.
Süni intellekt “Matç üçün hesab proqnozu verə bilərsinizmi?” sualına, “İcazə verin, Türkiyə millisinin çıxışına və Hollandiyanın güclü heyətini nəzərə alaraq bir proqnoz verim. Matç 2-1 Türkiyənin xeyrinə bitə bilər” cavabını verib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |