fbpx

Füzuli Şəhəri Günü ilə bağlı atəşfəşanlıq oldu

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Füzuli şəhəri günü münasibətilə atəşfəşanlıq olub.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, şəhər günü ilə bağlı proqram iki hissədən ibarət olub.

Birinci hissədə 8 guşədən ibarət “Füzuli hücrələri” adlı bədii kompozisiya, həmçinin ümummili lider Heydər Əliyevə, Məhəmməd Füzuliyə, “Yedditəpə kurqanlar” abidəsinə, “Azərxalça”ya aid sərgilərlə yanaşı, konsert proqramı və meydan səhnəciyi nümayiş olunub.

Daha sonra proqramın ikinci hissəsi başlayıb.

Burada “Natiq ritm qrupu”nun repertuarından “Dəmir yumruq” kompozisiyaı və digər bir neçə ritmik mahnı səsləndirilib.

Proqrama Füzuli şəhər günü münasibətilə atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, Füzuli şəhər günü Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Füzuli #Şəhəri #Günü #ilə #bağlı #atəşfəşanlıq #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu