EvXəbərlərRusiya gecə ərzində 267 Ukrayna PUA-sını vurdu

Rusiya gecə ərzində 267 Ukrayna PUA-sını vurdu

Published on

spot_img

Rusiyanın hava hücumundan müdafiə sistemləri avqustun 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 267 pilotsuz uçuş aparatını (PUA) vurub.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi “Telegram”da məlumat yayıb.
Bildirilib ki, təyyarə tipli PUA-lar Belqorod, Bryansk, Kursk, Volqoqrad, Voronej, Lipetsk, Nijni Novqorod, Rostov, Samara, Saratov və Ulyanovsk vilayətlərində, Krasnodar diyarında, Başqırdıstanda, Krımda, həmçinin Azov və Qara dənizlərin akvatoriyaları üzərində vurulub.
Daha əvvəl Rostov vilayətinin qubernatoru ötən gecə region üzərində 70-dən çox PUA-nın vurulduğunu bildirib. Hücum nəticəsində Tarasovski rayonunda iki fərdi yaşayış evinə, təsərrüfat tikililərinə və avtomobilə ziyan dəyib.
Belqorod vilayətində isə iki nəfər xəsarət alıb. Oktyabrski qəsəbəsində kişi kontuziya ilə xəstəxanaya yerləşdirilib. Bessonovka kəndində isə 17 yaşlı qızın qolunda və döş qəfəsində qəlpə yaraları qeydə alınıb.

Müəllif: Adəm

Latest articles

More like this