EvXəbərlərTramp Ağ Evə yeni katib təyin etdi

Tramp Ağ Evə yeni katib təyin etdi

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp Ben Mossun Ağ Ev aparatının yeni katibi təyin edildiyini elan edib.
BEY.AZ xəbər verirmki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində yazıb.
Moss sentyabrın 2-də işə başlayacaq. O, daha əvvəl Ağ Evin hüquq məsləhətçisi təyin edilmiş Uill Şarfı əvəz edəcək.
Amerika prezidentinin sözlərinə görə, Moss daha əvvəl Ağ Ev aparatının katib müavini vəzifəsində çalışıb, bundan öncə isə vitse-prezidentin yanında siyasi məsələlər üzrə direktor olub. O, karyerasına Cey Di Vens ABŞ Senatında Ohayo ştatını təmsil edərkən onun baş hüquq məsləhətçisi kimi başlayıb.
Moss 2026-cı ilin fevralından Tramp administrasiyasında çalışır və yeni təyinata qədər prezidentin köməkçisinin müavini və Ağ Ev aparatının katib müavini vəzifəsini tutub.

Ağ Ev aparatının katibi prezidentə daxil olan sənəd və materialların əlaqələndirilməsinə, habelə administrasiyanın müxtəlif bölmələri arasında işin təşkilinə cavabdehdir.
Hüseyn İbadlı

Latest articles

More like this