Ədən körfəzində güclü zəlzələ qeydə alınıb.
BEY.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Seysmoloji mərkəzin məlumatına görə, 6,0 maqnitudalı zəlzələ Ədən körfəzində, Yəmən və Somali sahilləri yaxınlığında baş verib. Zəlzələnin episentri Somalinin Alula şəhərindən 154 kilometr şimal-qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib. Bu şəhərdə 6 mindən çox insan yaşayır.
Həmçinin zəlzələnin episentrindən 200 kilometr məsafədə 258 min nəfər əhalisi olan daha bir şəhər – Əl-Mukalla yerləşir.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Hüseyn İbadlı
