ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Venesuela arasında ölkənin 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatlarına ABŞ-ın nəzarətini nəzərdə tutan razılaşma əldə edildiyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb. Onun sözlərinə görə, razılaşma “dünya tarixində ən böyük neft sövdələşməsi”dir.
Tramp bildirib ki, saziş ABŞ dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqsetin Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigeslə birgə, özəl biznes nümayəndələrinin iştirakı ilə apardığı danışıqlar nəticəsində əldə olunub. O, razılaşmanın ABŞ vergi ödəyicilərinə əlavə xərc yaratmayacağını vurğulayıb.
ABŞ liderinin iddiasına görə, saziş ölkənin neft ehtiyatlarını iki dəfədən çox artıracaq və nəticədə benzin qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə şərait yaradacaq.
