fbpx

Dövlət Neft Fonduna 800 milyon ödənilib



Azərbaycan Dövlət Neft Fonduna 2023-ci ildə 800,7 milyon manat və yaxud 471 milyon ABŞ dolları məbləğində bonus ödənişləri daxil olub.

BEY.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilib.

Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən (800,8 milyon manat) 100 % icra olunub.

Belə ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”i üzrə 450 milyon ABŞ dolları, “Abşeron” dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə və ona edilən düzəlişlərə əsasən Fonda 20,8 milyon ABŞ dolları, digər yataqlar üzrə 0,15 milyon ABŞ dolları məbləğində vəsait ödənilib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin