EvXəbərlərŞimali Koreyanın müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldı

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldı

Published on

spot_img

KXDR-in müdafiə naziri No Qvan Çol vəzifəsindən azad edilib, onun yerini Kim Son Gi tutacaq.
BEY.AZ xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Qərar KXDR lideri Kim Çen Inın iştirakı ilə Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komitəsinin ikinci iclası zamanı qəbul olunub.
“Qvan Çol vəzifəsindən azad edilib… Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Son Gi KXDR-in müdafiə naziri təyin olunub”, – deyə məlumatda bildirilir.
İlin əvvəlində KXDR lideri Kim Çen In Ryonson Maşınqayırma Birliyinin modernləşdirilməsinin başa çatması münasibətilə keçirilən mərasim zamanı Baş nazirin müavini Yan Sın Honu ictimaiyyət qarşısında vəzifəsindən azad etmişdi.

Öz növbəsində “Newsweek” nəşri Şimali Koreya lideri Kim Çen Inın öz qızını ölkənin raket proqramının rəhbəri təyin etdiyi barədə məlumat yaymışdı.
Hüseyn İbadlı

Latest articles

More like this