EvXəbərlərYağış 32 nəfərin ölümünə səbəb oldu

Yağış 32 nəfərin ölümünə səbəb oldu

Published on

spot_img

Filippində musson yağışları və tropik siklonların yaratdığı daşqınlar, torpaq sürüşmələri son bir ayda azı 32 nəfərin ölümünə səbəb olub.
BEY.AZ xəbər verir ki, bu barədə xarici KİV yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, ölüm hallarının əksəriyyəti respublikanın şimalındakı Luson adasında qeydə alınıb, üç nəfər itkin düşüb. Fəlakət təxminən 8 milyon insana təsir edib, təxminən 26 min sakin təxliyə mərkəzlərinə yerləşdirilib.

Filippinin Meteorologiya Xidməti musson yağışlarının davam edəcəyini proqnozlaşdırır. Yağışlar artıq infrastruktura təxminən 100 milyon dollarlıq ziyan vurub. Daşqınlar və torpaq sürüşmələri nəticəsində 2 900 ev, eləcə də yollar və körpülərə zərər çəkib.

Latest articles

More like this