EvXəbərlərTrabzonda küçənin adını Salaha görə dəyişdilər

Trabzonda küçənin adını Salaha görə dəyişdilər

Published on

spot_img

Yomra Bələdiyyəsinin meri Mustafa Biyik, “Trabzonspor”un yarımmüdafiəçisi Məhəmməd Salahın şərəfinə bir küçənin adının dəyişdiriləcəyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, o , bu barədə “X” sosial şəbəkəsində məlumat verib.
Siyasətçi ulduz futbolçunun transferindən çox məmnun olduğunu bildirib:
“Türkiyə futbolu tarixinin ən ikonik transfer müqaviləsi olan Məhəmməd Salahın bizim ərazidə yaşayacağından çox qürur duyuruq.
Bu həftə Salahın evinin yerləşdiyi küçənin adını Məhəmməd Salah küçəsi olaraq dəyişdirən şəhər şurasının qərarını qəbul edəcəyik. Əlimizdən gələni etdik. İndi növbə Salahındır”.

Qeyd edək ki, misirli cinah oyunçusu “Trabzonspor”a pulsuz transferlə qoşulub. Bundan əvvəl o, doqquz mövsüm “Liverpul”da oynayıb.
BEY.AZ

Latest articles

More like this