Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Kamişini strateji məsələlər üzrə prezident müşaviri vəzifəsindən azad edib.
BEY.AZ xəbər verir ki, bununla bağlı dövlət başçısının 31 avqust tarixli fərmanı Prezidentin rəsmi saytında dərc olunub. Sənəddə Kamişinin vəzifədən azad edilməsinin səbəbi göstərilməyib. Onun bu vəzifədə ştatdankənar əsaslarla çalışdığı qeyd olunub.
O, 2024-cü ilin sentyabrından bu vəzifədə idi.
Kamişin özü də prezident müşaviri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb. O, bundan sonra müdafiə sektorunda, xüsusilə Ukrayna hərbi texnologiyalarına investisiyaların cəlb edilməsi və beynəlxalq tərəfdaşlıqların qurulması istiqamətində çalışacağını bildirib.
