Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı həyata keçirilib.
BEY.AZ xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Aysel Əliyeva TƏBİB-in İnsan resursları departamentinin İşə qəbul şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Aysel Əliyeva yeni təyinata qədər özəl sektorda fəaliyyət göstərib. (Nocomment.az)
