Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlarında növbəti dəfə əngəl yaradıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Euractiv” diplomatik mənbələrə və Aİ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Budapeşt Ukrayna və Moldovanın vahid bazara çıxış və sosial siyasətlə bağlı danışıqlar klasterlərinin açılmasına mane olub. Ukrayna ilə bağlı Macarıstan etnik macarların hüquqlarına dair ikitərəfli razılaşmanın yerinə yetirilməsinin vacibliyini əsas gətirib.
Qeyd olunur ki, danışıqlar klasterinin açılması üçün Aİ-nin bütün 27 üzv ölkəsinin razılığı tələb olunur. Macarıstan iyul ayında da eyni iddiaları irəli sürərək sözügedən klasterlərin açılmasına razılıq verməmişdi.
Müəllif: Adəm
