UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”la “Fənərbağça” arasında keçirilən oyun zamanı yaşanan dava ilə bağlı intizam araşdırmasına başlayıb.
Publik.az xəbər verir ki, bu barədə Türkiyə klubunun açıqlamasında bildirilir.
Görüş Fransada baş tutub və Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb (ilk oyun 1:1 idi).
Final fitindən sonra əvvəllər “Marsel”də oynamış Qunduzi meydanda komandanın qələbəsini coşqu ilə qeyd edib.
Xüsusilə, oyunçu tribunaya yaxınlaşaraq “İrəli, “Marsel” deyə qışqıraraq cinsiyyət orqanını tutub. Fransız oyunçu tunelə girəndə rəqib oyunçular və komanda heyəti arasında dava baş verib.
Həmçinin bildirildi ki, oyunöncəsi isinmə hərəkətləri zamanı Qunduzi tribunadan gələn təxribatlara cavab olaraq orta barmağını göstərib.
“Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyunundan sonra UEFA oyunçularımız Matteo Qunduzi və Meyson Qrinvuda , eləcə də kluba qarşı intizam tədbirləri görüb.
Klubumuz oyunçularımızın və “Fənərbağça”nın hüquq və mənafelərini qorumaq üçün lazımi arqumentləri müvafiq UEFA qurumlarına təqdim edəcək. Bütün lazımi məlumatlar, sənədlər və arqumentlər UEFA-ya təqdim ediləcək və klubumuz hadisələri yaxından izləyir”, – deyə “Fənərbağça”nın açıqlamasında bildirilir.
BEY.AZ
