İran Silahlı Qüvvələri ölkənin milli təhlükəsizliyinə təhdid yarandığı halda qabaqlayıcı hərbi əməliyyatlar keçirməyə hazır olduğunu açıqlayıb.
BEY.AZ xəbər verir ki, bunu İran Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya bildirib.
Generalın sözlərinə görə, bu, İranın hərbi strategiyasında mühüm dəyişiklik deməkdir. O qeyd edib ki, yeni yanaşma daha sürətli cavab, qabaqlayıcı tədbirlər və yeni hərbi vasitə və taktikalardan istifadəyə əsaslanır.
“Harada bir təhlükə aşkar etsək, orada profilaktik əməliyyatlar keçirəcəyik. Hərbi doktrinamiz profilaktik müdafiə və çəkindirmə əməliyyatlarına doğru dəyişib”, – deyə Əkrəminiya bildirib.
Əkrəminiya İsrail tərəfindən yeni hücum olacağı təqdirdə İranın daha sürətli və daha güclü cavab verəcəyini də bildirib.
Daha əvvəl “The New York Times” ABŞ kəşfiyyat məlumatları və analitiklərə istinadən Tehranın Vaşinqtonla son aylardakı qarşıdurma fonunda öz hərbi imkanlarına inamının əhəmiyyətli dərəcədə artdığını yazmışdı.
