İsrail Müdafiə Ordusu (İDF) şiə qruplaşması “Hizbullah”ın hücumuna cavab olaraq Livanın cənubuna zərbələr endirməyə başlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə İDF-nin “Telegram” kanalında məlumat yayılıb.
“Terrorçu “Hizbullah” terror təşkilatının terrorçuları Livanın cənubundakı təhlükəsizlik zonasında fəaliyyət göstərən İDF əsgərlərinə qarşı iki pilotsuz uçuş aparatı buraxıblar. İDF əsgərləri atəş açıb və PUA-lardan birini vurublar. Buna cavab olaraq İD Livanın cənubuna zərbə endirir”, – deyə məlumatda bildirilir.
Hüseyn İbadlı
