“Real Madrid”in hücumçusu Kilian Mbappe İtaliya çempionatının üçüncü turunda “Napoli” üzərində 3-2 hesablı qələbədən sonra “İnter”in hücumçusu Markus Tyuramın sosial media hesabında paylaşımına münasibət bildirib.
Tyuram 82-ci dəqiqədə bərabərlik qolunu vurub.
BEY.AZ xəbər verir ki, Mbappe yazıb:
“Güclü. Çərşənbə axşamı görüşərik”.
Çərşənbə axşamı, 8 sentyabr tarixində, “Real Madrid” və “İnter” Çempionlar Liqasının ilk turunda qarşılaşacaqlar. Oyun Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mbappe və Tyuram Fransa millisində komanda yoldaşlarıdır.
