İran hərbçiləri ilk dəfə olaraq ABŞ aviadaşıyan gəmisinin üzərində yeni gəmi əleyhinə raketi sınaqdan keçiriblər.
BEY.AZ “Press TV”yə istinadla xəbər verir ki, bunu İslam Respublikasının ali liderinin müşaviri Möhsün Rezai bəyan edib.
O bildirib ki, sınaqlar 48 saat əvvəl baş tutub.
Rezai, həmçinin deyib ki, yaxın günlərdə Tehran Hörmüz boğazından kənarda girişi məhdudlaşdırılmış zonanın yaradıldığını elan edəcək. İran hakimiyyəti ilə razılaşdırmadan ora daxil olan hər bir gəmi sanksiya siyahısına daxil ediləcək.
Hüseyn İbadlı
