EvXəbərlərQəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR

Qəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR

Published on

spot_img

Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupovanın müalicəsi davam edir.
BEY.AZ xəbər ver4ir ki, Musavat.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aktrisanın vəziyyəti hazırda stabildir.
“1954-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə TƏBİB-dən qeyd olunub.
Qeyd edək ki, avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu keçən zaman piyada keçidində Şükufə Yusupovanı avtomobil vurub. Aktrisa Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, Şükufə Yusupovaya çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra onun müalicəsi Yeni Klinikada davam etdirilib.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Latest articles

More like this