“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə su və torpaqdan tutmuş texnologiyaya, maliyyəyə və fermerlər üçün daha güclü dəstəyə qədər iqlimə daha davamlı kənd təsərrüfatı qurmaq barədə müzakirə davam etdirilib.
BEY.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görö, iqlim dəyişikliyi artıq fermerlərin ərzaq istehsal etdiyi şəraiti dəyişdirir.
“COP29-da start verilən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, qlobal iqlim fəaliyyətinin fermerlərə çatmasını və onların dayanıqlılığını gücləndirməsini təmin etmək kimi sadə bir ideya ətrafında qurulub.
COP31-ə doğru irəlilədikcə, biz öhdəliklərdən yerlərdə praktiki fəaliyyətə keçməyə davam etməliyik”.
Xatırladaq ki, M. Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”-nın ikinci günündə bu mövzuda çıxış edib.
