Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb.
BEY.AZ “Report”a istinadla xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, “KİA” markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.
Bu zaman avtomobildə anidən yanğın başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
