Qətərin paytaxtı Dohada təşkil olunan tələbələr arasında dünya çempionatında atletimiz Tehran Məmmədov möhtəşəm qələbə qazanıb.
BEY.AZ xəbər verir ki, 65 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz birdənqaldırma hərəkətində 130 kq nəticə ilə gümüş medala sahib çıxıb. Təkanlaqaldırma yarışında isə 159 kq ağırlığın öhdəsindən gələn Məmmədov bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İki hərəkətin cəmində toplam 289 kq nəticə göstərən Tehran Məmmədov dünya çempionatının qızıl medalına yiyələnib.
Bu zəfərlə o, tələbələrin dünya çempionatında qızıl medal qazanan ilk Azərbaycan atleti kimi adını idman tariximizə yazdırıb.
