EvXəbərlərİran Hörmüz boğazını bağlayır: Gəmilərə ömürlük qadağa qoyulacaq

İran Hörmüz boğazını bağlayır: Gəmilərə ömürlük qadağa qoyulacaq

Published on

spot_img

İran Hörmüz boğazından keçidlə bağlı yeni və sərt qərar hazırlayır.
BEY.AZ xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Məhəbi bildirib ki, Tehranın qadağan olunmuş zona elan edəcəyi akvatoriyaya daxil olan bütün gəmilərin gələcəkdə Hörmüz boğazından keçməsinə ömürlük qadağa qoyulacaq.
Qadağan olunmuş ərazi boğazın şərq hissəsini, o cümlədən Çabahar limanını, Oman və Ərəb dənizlərinin müəyyən hissələrini əhatə edəcək. Gəmilər həmin zonaya daxil olacağı təqdirdə dənizçilik, sığorta və logistika xidmətlərindən məhrum ediləcək, həmçinin sonradan Hörmüz boğazından keçmək hüququnu itirəcək. Qadağan zonasının dəqiq koordinatlarının daha sonra açıqlanacağı bildirilib.
Hörmüz boğazından dünya neftinin təxminən 20 faizi daşınır. Buna görə də İranın boğazı bağlamaqla bağlı istənilən təhdidi enerji qiymətlərinin artmasına və qlobal bazarlarda ciddi narahatlığa səbəb olur.

Tehranın bu qərarı ABŞ-la münasibətlərin kəskinləşdiyi və regionda Amerika obyektlərinə zərbələrin endirildiyi bir vaxtda qəbul etdiyi bildirilir. İran daha əvvəl də sanksiyalara cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələyib.

Yeni qadağa İranın Sistan və Bəlucistan əyalətinin sahillərindəki akvatoriyaya da şamil ediləcək. Burada yerləşən Çabahar limanı mühüm logistika mərkəzidir və Hindistanın Mərkəzi Asiyaya çıxışında istifadə etdiyi əsas marşrutlardan biridir.
Müəllif: Adəm

Latest articles

More like this