EvXəbərlərŞirniyyat istəyini azaltmağın 3 yolu

Şirniyyat istəyini azaltmağın 3 yolu

Published on

spot_img

Maqnezium, B qrupu vitaminləri və xrom şirniyyata olan güclü istəyi azaltmağa kömək edə bilər.
BEY.AZ xəbər verir ki, bu barədə həkim-dietoloq Yelena Solomatina “Mk.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu maddələr narahatlığı azaltmaqla şirin qidalara olan meyli də zəiflədə bilər.
Solomotina bildirib ki, insan şirniyyat qəbul etdikdə orqanizmdə narahatlıqla mübarizə aparan dopamin və serotonin hormonları ifraz olunur. Bu səbəbdən maqnezium və B qrupu vitaminləri faydalı ola bilər.

Dietoloq xüsusilə xromun da rasiona əlavə edilməsini tövsiyə edib. Onun sözlərinə görə, xrom qlükozanın hüceyrələrə daşınmasında iştirak edir.

Müəllif: Roza

Latest articles

More like this