Azərbaycan Dövlət Teleradiosunda müxtəlif məsul vəzifələrdə çalışmış veteran jurnalist, Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı 88 yaşında vəfat edib.
BEY.AZ xəbər verir ki, bu barədə Xalq artisti Əli Məhəmmədoğlu sosial şəbəkədə məlumat yayıb.
Xatırladaq ki, Zöhrab Zeynallı görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Fərhad Zeynalovun qardaşıdır.
