Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan havaya qalxan zaman az qala pilotsuz uçuş aparatının (PUA) zərbəsinə tuş gələcəkdi.
BEY.AZ xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe açıqlayıb.
Störe bildirib ki, hadisə Zelenskinin Osloya səfəri zamanı baş verib.
“Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən az qala PUA tərəfindən vurulacaqdı. Onun qarşılaşdığı reallıq məhz budur”, – Norveç hökumətinin başçısı qeyd edib.
