Bakının Xətai rayonunda yerləşən “Fəridə” şadlıq sarayında transformatorun yanması səbəbilə toy mərasimi yarımçıq qalıb.
BEY.AZ “Xəzər” TV-yə istinadən xəbər verir ki, məclisə gələn qonaqlar təşviş içərisində restorandan bayıra çıxıblar.
Restoran rəhbərliyi hadisənin onlarla heç bir əlaqəsi olmadığını bildirib.
Hadisə zamanı xəsarət alan olmayıb.
