“Miss Avstriya” və “Miss Vyana” titullarının sahibi Lüsiya Şişiç 22 yaşında dünyasını dəyişib.
BEY.AZ xəbər verir ki, Şişiç anadangəlmə ürək qapağı qüsurundan əziyyət çəkib və bu səbəbdən bir neçə dəfə ürək əməliyyatı keçirib. Onun sonuncu əməliyyatı 2025-ci ilin dekabrında baş tutub.
Gənc modelin ölümünün səbəbi hələlik məlum deyil.
Lüsiya Şişiç 2024-cü ildə əvvəlcə “Miss Vyana”, daha sonra isə “Miss Avstriya” tituluna layiq görülüb. 2025-ci ildə maliyyə problemləri səbəbindən ölkə üzrə gözəllik müsabiqəsi keçirilmədiyindən Şişiç “Miss Avstriya” titulunu qoruyub.
