EvXəbərlərİranla müharibə bu vaxta qədər davam edəcək

İranla müharibə bu vaxta qədər davam edəcək

Published on

spot_img

ABŞ prezidenti Donald Trampın müşavirləri İranla yaşanan hərbi gərginliyin onun prezidentlik müddətinin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
BEY.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, aralarında ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubionun da olduğu yüksək vəzifəli şəxslər Trampa İranın Vaşinqtonun hərbi və iqtisadi təzyiqlərinə müqavimət göstərməyə davam edə biləcəyini qeyd ediblər.
Məlumata görə, bu vəziyyət qarşıdurmanın 2029-cu ilin yanvarında baş tutacaq hakimiyyət dəyişikliyindən sonraya qədər uzanmasına səbəb ola bilər.
Ağ Ev sözçüsü isə bildirib ki, İranla bağlı növbəti addımın nə olacağını yalnız ABŞ prezidenti bilir: “Tramp İranın hərbi potensialını məhv edib. Nəyi nə vaxt edəcəyini yalnız o bilir”.

Qeyd edək ki, Tramp daha əvvəl İranla müharibənin ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkilərindən dərhal sonra sona çatacağını bəyan etmişdi.
Müəllif: Roza

Latest articles

More like this