fbpx

“Qarabağ” – “Linkoln” matçında ikinci hissə başladı



Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci hissə başlayıb.

BEY.AZ-ın məlumatına görə, Azərbaycan çempionunun üstünlüyü davam edir – 3:0.

“Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

***

20:48

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ilk hissə başa çatıb.

BEY.AZ-ın məlumatına görə, Azərbaycan çempionu fasiləyə üstün yollanıb – 3:0.

“Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

***

20:42

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci qol vurulub.

BEY.AZ-ın məlumatına görə, Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının ikinci qoluna imza atıb.

Braziliyalı forvard 31-ci dəqiqədə dubl edib.

***

20:21

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.

BEY.AZ-ın məlumatına görə, Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.

***

20:01

“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

BEY.AZ-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin