fbpx

Azərbaycanın bu bölgəsinə 46 sm qar yağıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, gecədən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 7.0 mm, Göygöldə 4.0 mm, Daşkəsəndə 2.0 mm, Quba, Qrız, Sarıbaş (Qax), Gədəbəydə 1.0 mm-dək qar, Sədərək, Şərur, Ordubadda 2.0 mm, Xaçmaz, Şabran, Bərdə, Kürdəmir, Lerik, Astara, Naxçıvan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək yağış yağıb.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 46 sm, Sarıbaşda (Qax) 18 sm, Ləzədə 12 sm, Qırızda 10 sm, Göygöldə 5 sm, Daşkəsəndə 4 sm olub.

Şimal-qərb küləyi Naftalanda 32 m/s, Tərtərdə 28 m/s, Mingəçevirdə 25 m/s, Ceyrançöl, Şəki, Gəncə, Bərdədə 20 m/s, Ağdamda 18 m/s, Şəmkir, Zərdabda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu