EvXəbərlərPolşa fəlakətli nəticə ilə üzləşə bilər

Polşa fəlakətli nəticə ilə üzləşə bilər

Published on

spot_img

Polşanın baş naziri Donald Tuskun Rusiya ilə mümkün qarşıdurmanın gərginləşməsi ilə bağlı açıqlaması Varşava üçün “fəlakətli nəticələrə” səbəb ola bilər.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik “Qazeta.Ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tuskun açıqlaması Rusiyaya qarşı təxribat xarakterli addımdır və Moskvanın sərt reaksiyasına səbəb ola bilər.
“Polşa böyük problemlərlə, hətta fəlakətli nəticələrlə üzləşə bilər. Suveren dövlətə, nüvə dövlətinə qarşı belə ifadələrdən çəkinmək lazımdır”, – deputat deyib.
Kolesnik Tuskun Rusiya ilə mümkün münaqişə barədə danışmasını “ağılsız addım” adlandırıb. O, Polşa baş nazirinin bu yolla siyasi çəkisini artırmağa çalışdığını ehtimal edib.

Qeyd edək ki, Tusk daha əvvəl Polşanın Rusiya ilə qarşıdurmanın kəskinləşməsini gözlədiyini bildirib. O, buna səbəb kimi sentyabrın 13-də səhər saatlarında Polşa Silahlı Qüvvələrinin Ukrayna sərhədində bir neçə pilotsuz uçuş aparatını qeydə almasını göstərib.
Müəllif: Adəm

Latest articles

Kurskda bir gündə 208 PUA vuruldu

Kurskda bir gündə 208 PUA vuruldu

Səfirlik 100-ə yaxın “iPhone” alır

Səfirlik 100-ə yaxın “iPhone” alır

More like this