Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin ərazi bütövlüyü baxımından ciddi siyasi sınaqla üzləşib.
BEY.AZ “İndependent”ə istinadən xəbər verir ki, Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı olan birinci nazirləri Böyük Britaniyanın gələcək konstitusion quruluşunun dəyişdirilməsi tələbi ilə bir araya gəliblər.
Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Uelsin birinci naziri və Plaid Cymru Partiyasının lideri Run ap Lorvert, həmçinin Şimali İrlandiyanın birinci naziri və Sinn Fein Partiyasının sədr müavini Mişel Onil Kardiffdə anlaşma memorandumu imzalayıblar.
Tərəflər Böyük Britaniyada mövcud siyasi modelin dəyişdirilməsinin vacibliyini vurğulayıb və müstəqillik istiqamətində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Üç liderin açıqlamasına görə, Endi Börnhem bütün Birləşmiş Krallığa rəhbərlik edən sonuncu Baş nazir ola bilər.
Onlar London hökumətini Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik referendumlarının keçirilməsinə şərait yaratmağa çağırıblar.
