EvXəbərlər“Həyat silinməyən yara izləri ilə imtahana çəkir”

“Həyat silinməyən yara izləri ilə imtahana çəkir”

Published on

spot_img

Müğənni İradə İbrahimova sosial şəbəkədə paylaşdığı fotolara yazdığı sözlərlə diqqət çəkib.
BEY.AZ xəbər verir ki, sənətçi həyatın insanı müxtəlif sınaqlardan keçirməsindən bəhs edib.
“Bəzi şeylərin dəyəri xaricində deyil, daxilindədir. Həyat bəzi zamanlar bizi yaralayır, yorur, silinməyən yara izləri ilə imtahana çəkir. Vurulan zərbələrin izlərini güzgüyə baxdığımızda simamızda belə hiss edə bilirik.
İnsan içindəki sevgini, mərhəməti, yaxşılığı qoruyub saxladığı müddətcə çox gözəldir. Zamanın alıb apara bilmədikləridir əsl gözəllik. Gözəllik keçən illər, fəsillər kimi fanidir.

Allah, bir insanın qəlbi yaxşı, içi gözəl, niyyəti təmiz isə onun bərəkətini əskiltməz, mükafatsız qoymaz” deyə, İradə qeyd edib. (Axşam.az)

Latest articles

More like this