Kolumbiyada türkiyəli iş adamı Mehmet Çankayanın istifadə etdiyi “Cessna T206” tipli təyyarənin qalıqları 3 günlük axtarış-xilasetmə işlərindən sonra tapılıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilib ki, “HK4985” qeydiyyat nömrəli təyyarədə Çankaya ilə yanaşı, 4 Kolumbiya vətəndaşı da olub. Təyyarə sentyabrın 13-də radio əlaqəsinin kəsilməsindən sonra itib.
Qalıqlar 2750 metr yüksəklikdə yerləşən, relyefi olduqca çətin olan Pueblo Riko bölgəsində aşkarlanıb. Təyyarənin dağın yamacına çırpıldığı və hissələrinin geniş əraziyə səpələndiyi bildirilib.
Qəzada olan şəxslərin vəziyyəti barədə hələlik məlumat verilməyib.
Müəllif: Roza
