EvXəbərlərSaç kəsimini bəyənmədi, bərbərini bıçaqladı

Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı

Published on

spot_img

Türkiyənin İstanbul şəhərində saç kəsimini bəyənməyən müştərinin berberə bıçaqla hücum etməsi gündəm olub.
BEY.AZ Milli.Az-a istinadən xəbər verir ki, hadisə Kağıthane rayonunun Gültepe məhəlləsində baş verib. Məlumata görə, 23 yaşlı şəxs təxminən 10 gün əvvəl berber Erhan Zengin tərəfindən saçını kəsdirib. Tıraşdan sonra pulunu ödəyərək heç bir narazılıq bildirmədən məkanı tərk edib.
İddiaya görə, saç kəsimini sonradan bəyənməyən müştəri hadisəni özünə dərd edib. Hücumdan bir gün əvvəl berber dükanının qarşısındakı restoranda saatlarla oturaraq Erhan Zengini izləyib.
Növbəti gün isə berberin dükanın qarşısında olduğu vaxt ona yaxınlaşaraq bıçaqla bacağından xəsarət yetirib. Yaralı berber özünü iş yerinə ataraq hücumdan qurtulub və xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı Türkiyə mətbuatına danışan Erhan Zengin baş verənlərdən təəccübləndiyini bildirib:

“Bir gün öncədən məni izləyib. Saçını kəsdim, bəyənmədiyini demədi. Pulunu verdi, təşəkkür edib normal şəkildə getdi. Gəlib ‘Saç kəsimini bəyənmədim’ desəydi, düzəldərdim”.
Hadisə təhlükəsizlik kameralarına da düşüb. Polis tərəfindən saxlanılan şübhəli daha sonra “qəsdən xəsarət yetirmə” ittihamı ilə həbs edilib.

Latest articles

More like this