EvXəbərlərFHN Hospitalı beynəlxalq elmi platformada təmsil olundu

FHN Hospitalı beynəlxalq elmi platformada təmsil olundu

Published on

spot_img

Fövqəladə Hallar Nazirliyinin Hospitalı beynəlxalq təcrübələrin öyrənilməsi, müayinə və müalicə prosesində ən qabaqcıl yanaşmaların tətbiqinə xüsusi əhəmiyyət verir.
Bu barədə BEY.AZ-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə, Hospitalın pulmonoloqu Uzm. Dr. Nicat Ağayev İspaniyanın Barselona şəhərində keçirilən nüfuzlu “ERS-2026” konqresində iştirak edib.
Konqres çərçivəsində pulmonologiya sahəsində təqdim olunan elmi məruzələr, müasir diaqnostika və müalicə yanaşmaları ilə tanış olan həkim yeni bilik və beynəlxalq təcrübələr əldə edib.
Eyni zamanda, tədbir zamanı yeni tibbi cihazlar, müasir texnologiyalar və yeni dərman preparatları ilə yaxından tanışlıq imkanı olub.

Beynəlxalq elmi təcrübənin izlənilməsi və əldə olunan yeniliklərin tibbi praktikaya inteqrasiyası FHN Hospitalında müasir tibbi xidmətin inkişafına xidmət edir.

Latest articles

More like this