EvXəbərlərQurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi

Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi

Published on

spot_img

Dağıstanlı iş adamı Qurban Əmrərovun oğlu – 18 yaşlı Ömər insult keçirdikdən sonra xəstəxanaya yerləşdirilib.
BEY.AZ xəbər verir ki, bu barədə Super.ru məlumat yayıb.
Biznesmen nəşrə bildirib ki, gənc iki gün reanimasiyada qalıb, lakin indi onun vəziyyəti stabilləşib. Həkimlər müayinəni davam etdirirlər.
“Hər şey necə olub: bu yaxınlarda məşqdə o, dəbilqəni çıxarıb və özünün 77 kq çəkisi ola-ola, təxminən 130 kq çəkisi olan MMA döyüşçüsü ilə bokslaşıb. Ertəsi səhər isə o, durub kollecə gedib, dişlərini fırçalayarkən huşunu itirərək yıxılıb”, – deyə Kseniya Borodinanın keçmiş həyat yoldaşı bildirib.
O vurğulayıb ki, insidentlə məşq arasındakı əlaqə barədə nəticə çıxarmaq hələ tezdir. Son diaqnozu mütəxəssislər qoyacaqlar. Bununla belə, Ömər özünün şəxsi bloqunda yazıb: “Ailəm və yaxınlarım yanında olduqca heç bir insult məni sındıra bilməz”.

Qurban Ömrərov oğlu ilə fəxr etdiyini qeyd edib. Onun sözlərinə görə, gənc hüquqşünas ixtisası üzrə oxuyur, məhkəmədə təcrübə keçir, hüquq bürosunda əlavə işləyir və müntəzəm olaraq məşq edir.

“O, peşəkar boksçudur: Moskvanın çempionudur, şəhərin yığma komandasının heyətində çıxış edib, ümumrusiya yarışlarının mükafatçısıdır, həftədə beş dəfə məşq edir”, – deyə biznesmen əlavə edib.
Əmrərov qeyd edib ki, hazırda ailə gəncin bərpa olunmasına diqqət yönəldib. Ata Öməri tanıyan və ya ailəni izləyən hər kəsdən gəncə dəstək olmağı xahiş edib.
Hüseyn İbadlı

Latest articles

More like this