EvXəbərlərZelenski Trampla razılığa gəldi - “Bu görüş çox şeyi dəyişə bilər”

Zelenski Trampla razılığa gəldi – “Bu görüş çox şeyi dəyişə bilər”

Published on

spot_img

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla “vacib” telefon danışığı aparıb.
BEY.AZ xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
Respublika lideri bildirib ki, onlar Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
“Bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika mövcuddur”, – deyə ukraynalı siyasətçi qeyd edib.
O əlavə edib ki, ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoffa və Cared Kuşnerə Kiyevə səfər etdiklərinə görө təşəkkür edib. Orada sülh nizamlanmasının “əhəmiyyətli detalları” müzakirə olunub, Tramp administrasiyasının nümayəndələri isə Ukraynadakı vəziyyəti görmək imkanına malik olublar.

“Deeskalasiya addımları və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi, insanların həyatının qorunması ilə bağlı ideyalar var”, – deyə Zelenski bildirib.

O, sülh yolunu Kiyev üçün “bir nömrəli prioritet” adlandırıb və bu istiqamətdə ciddi addımlar atmağa hazır olduğunu bildirib. Bundan əlavə, Ukrayna prezidenti anti-rusiya sanksiyaları haqqında qanuna görə Trampa təşəkkür edib.
Sentyabrın 18-də Prezident Tramp Rusiya Federasiyasına qarşı “cəhənnəm” sanksiyaları haqqında qanun imzalayıb. Senator Lindsi Qremin şərəfinə adlandırılmış sənəd banklar, məmurlar və kölgə donanması üçün məhdudiyyətlər, həmçinin Rusiya neft və qazının ən iri alıcıları üçün rüsumlar nəzərdə tutur. Əsas tədbirlər qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində tətbiq edilməlidir, lakin Amerika lideri istisnalar etmək hüququnu özündə saxlayır.
Hüseyn İbadlı

Latest articles

More like this