EvXəbərlərDəhşətli yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olundu

Dəhşətli yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olundu

Published on

spot_img

Qazaxıstanın Abay vilayətinin Ayagöz rayonunda “Tarbağatay” Dövlət Milli Təbiət Parkının ərazisində yanğının söndürülməsi işləri davam edir.
BEY.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsinə 226-ya yaxın insan və 43 texnika cəlb olunub. Həmçinin “Kazaviaspas” və Milli Təhlükəsizlik Komitəsinin iki helikopteri yanğının söndürülməsində iştirak edir.
Yanğının söndürülməsini mürəkkəb dağlıq relyef, dik yoxuşlar, yanğın ocaqlarına aparan yolların olmaması və güclü külək çətinləşdirir.

Qeyd olunub ki, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Latest articles

More like this