EvXəbərlərÜçqat olimpiya çempionu öldü

Üçqat olimpiya çempionu öldü

Published on

spot_img

Üzgüçülük üzrə üçqat Olimpiya çempionu Mayk Berton 80 yaşında vəfat edib.
BEY.AZ xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Oğlu sosial mediada 1500 metr məsafəyə sərbəst üzmə üzrə ardıcıl iki Olimpiya qızıl medalını qazanan ilk amerikalı idmançının alzheymer xəstəliyi və demensiya ilə uzun müddət mübarizə apardıqdan sonra vəfat etdiyini açıqlayıb.
Mayk Berton 1947-ci ilin iyul ayında anadan olub. 12 yaşında qəzada aldığı xəsarətlər səbəbindən futbol və beysbol kimi təmas idman növlərindən imtina edib üzgüçülüklə məşğul olub.
Berton ilk qızıl medalını 1968-ci ildə Mexiko şəhərində keçirilən Olimpiya Oyunlarında 400 metrlik sərbəst üsulla üzmə yarışında qazanıb.

1500 metr məsafəyə üzgüçülükdə Barton həmyerlisi Con Kinsellanı üstələyib. Birinci və ikinci yerlər arasındakı vaxt fərqi 18 saniyə idi ki, bu da hələ heç bir idmançının keçə bilmədiyi fərqdir.

1972-ci ildə Münhendə keçirilən Olimpiya Oyunlarında Berton üçüncü və sonuncu qızıl medalını qazandı.
Qeyd etmək lazımdır ki, həmin vaxt idmançıya yarış ərəfəsində vitamin çatışmazlığı diaqnozu qoyuldu və o, çətinliklə ABŞ komandasına düşə bildi.
Berton 1977-ci ildə Beynəlxalq Üzgüçülük Şöhrət Zalına daxil edilib.

Latest articles

More like this