Dələduzların növbəti hədəfi bu dəfə rəqqasə Fatimə Fətəliyeva olub.
BEY.AZ xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, son vaxtlar onun adından istifadə edən dələduzların sayı artıb:
“Əziz izləyicilərim, dostlarım, tanıdığım və məni tanıyan insanlar. Buradan sizə səslənirəm ki, adımdan istifadə edən dələduzlar çoxalıb. Birdən mənim adımdan sizə müraciət etsələr ki, pul lazımdır, inanmayın və bilin ki, o mən deyiləm”.
