EvXəbərlərBakıda 40 kiloqram narkotik vasitə aşkarlandı

Bakıda 40 kiloqram narkotik vasitə aşkarlandı

Published on

spot_img

Bakının Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb. Ondan 40 kiloqram narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Araşdırma davam etdirilir.

Latest articles

More like this